
Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Qırmızı-qaralar” Xayme Syerranı heyətinə qatıb. 27 yaşlı ispaniyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Xaymenin son klubu Xorvatiya təmsilçisi “Varajdin” olub.
Yeniyetmə yaşlarında “Karabançel”, “Real” və “Valensiya”da çıxış edən yarımmüdafiəçi peşəkar karyerasında vətənində “Leqanes”, “Loqrones”, “Kultural Leonesa”, “Atletiko Baleares”, Belçikada “Deyinze” klublarında forma geyinib.
“Qəbələ” bunadək Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə qatıb.