
“Qəbələ”nin yeni transferi Eduardo Kunde klubun mətbuat xidmətinə açıqlama verib.
Sportinfo.az xəbər verir ki, 27 yaşlı müdafiəçi “Sumqayıt”la yoxlama oyunundan (2:2) sonra fikirlərini bölüşüb:
“İlkin təssüratım çox yaxşıdır. Həm komanda yoldaşlarım, həm məşqçilər heyəti, həm də klubun işçiləri məni isti qarşıladılar.
Yoxlama oyununda az da olsa, şans qazandım. Komandaya adaptasiya olmağa çalışıram.
Hələ təlim-məşq toplanışı başa çatmadığı üçün uyğunlaşmaq baxımından vaxtımın olduğunu düşünürəm. Ümid edirəm ki, tezliklə çempionatda oynamağa hazır olacam”.
Eduardo Kunde bu Qəbələ" ilə 1+1 illik müqavilə imzalayıb. Monteneqrolu bu təklifi qəbul etməsi barədə bunları deyib:
“Qəbələ”dən təklif alanda klub və ölkənizlə bağlı araşdırma apardım, məlumatlar topladım. Hər kəs həm komanda, həm də Azərbaycan barədə yaxşı sözlər dedi.
Qəbələ şəhərinin gözəl təbiətə malik olduğunu, klubun isə Azərbaycan futbolunda tarix yazdığını öyrəndim.
Bu səbəblər təklifi qəbul etməyimdə vacib rol oynadı. Burada olduğum üçün çox şadam”.