“Kimi istəsən, klubu səndən azı 1 milyon avro tələb edəcək”

8 Avqust 23:40 Qəbələ 1 081
“Kimi istəsən, klubu səndən azı 1 milyon avro tələb edəcək”

“Qiymətlər artıb, həqiqətən çox çətindir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze deyib.

Növbəti mövsüm yenidən Premyer Liqada çıxış edəcək “qırmızı-qaralar”ın gürcüstanlı çalışdırıcısı transfer bazarında mövcud vəziyyətdən şikayətlənib:

“Gəlin açıq danışaq, dünyanın köklü və qabaqcıl klubları dediyiniz qitələri və oradakı futbol ölkələrini diqqətdə saxlayır.

Onların skautinqi çox güclüdür, az qala bütün ölkələrdə nümayəndələri var. Hansısa futbolçu 18-19 yaşında özünü yaxşı tərəfdən göstərən kimi onu aparırlar.

Braziliya, Argentina, Kolumbiya kimi ölkələrin bazarına girmək isə çox çətin məsələdir.

Bir də ki, Afrikada, yaxud Argentinada hansısa istedadı bəyənsən, klubu səndən azı 1 milyon avro tələb edəcək.

Bu, minimal məbləğdir, maksimumu demək istəmirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu