
"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze yay hazırlıq toplanışı çərçivəsində keçirilən "Sumqayıt"la oyun (2:2) haqda danışıb.
Sportinfo.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə verdiyi açıqlamada deyib:
“Buraxdığımız qollar öz səhvlərimizin nəticəsi idi. Gənc futbolçulara hələ təcrübə lazımdır.
Oyunun sonuna yaxın ikinci mərkəz hücumçusuna şans verdik. Bu cür planlar hər zaman fikrimizdə olur.
“Sumqayıt”la oyunda da bunu yoxladıq və nəticə etibarilə daha çox hücum şansımız yarandı.Hazırlıq prosesindən və futbolçularımızdan çox razıyam.
Yeni transferlərimiz də oldu. Düzdür, hələ komandaya uyğunlaşa bilməyiblər.
Buna isə müəyyən zaman lazımdır. Hazırda yeganə narahat olduğumuz məqam budur”.