Türkiyədə iki klub dəyişmiş hücumçu Premyer Liqamızda

6 Avqust 2025 00:30 Qəbələ 1 702
Türkiyədə iki klub dəyişmiş hücumçu Premyer Liqamızda

“Qəbələ” yeni transferini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Qırmızı-qaralar” İbrahim Sanqareni heyətinə qatıb. 31 yaşlı fransalı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Forvardın son klubu İsrail təmsilçisi “Hapoel Hadera” olub.

Sanqare bunadək Fransada “Lentente”, “Şambli”, “Avranş”, “Oser”, “Kretey”, “Orlean”, “Le Puy”, Türkiyədə “Giresunspor”, “Menemenspor”, Kiprdə “Otelyos” klublarının da formasını geyinib.

"Qəbələ" bunadək Prins Ovusu (son olaraq "Qəbələ"nin U-19 komandasında oynayıb),

İsaak Amoah (son klubu “Atletiko Sanlukenyo”, İspaniya), Paulo Quimbila (son klubu "Əl-Əhli, Bəhreyn), Adriel Ba Loua (son klubu “Kan”, Fransa), Eduardo Kundeni ("Persis", İndoneziya) sıralarına qatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA