
“Ölkəni gəzmək imkanım olsam da, hələ ki, Qəbələ barədə danışa bilərəm”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin yeni transferi Adriel Ba Loua deyib.
Yaxınlarda Azərbaycana gələn mərkəz müdafiəçisi ilkin təəssüratlarını bölüşüb:
“Gəldiyim gündən ciddi mənada çətinliklə üzləşməmişəm. Təbii ki, Afrika ilə Azərbaycan arasında mentalitet və digər məsələlər barədə ciddi fərqlər mövcuddur.
Ancaq bu, məni qorxutmur. Əksinə, alışmağa çalışıram. İnsanlar xoş xasiyyətlidir, yeməklərin dadı da xoşuma gəlir”.
Fil Dişi Sahilindən olan legioner “qırmızı-qaralar”la 1 illik müqavilə imzalayıb.
28 yaşlı farikalının son klubu Fransa təmsilçisi “Kan” olub.
Ba Loua bunadək ASEC (Fil Dişi Sahili), “Lill” (Fransa), “Veyle” (Danimarka), “Karvina”, “Viktoriya” (hər ikisi Çexiya) və “Lex”də (Polşa) forma geyinib.