SON DƏQİQƏ: Braziliyalı müdafiəçi İndoneziyadan Qəbələyə gəldi - O, kimdir?

4 Avqust 17:00 Qəbələ 1 183
SON DƏQİQƏ: Braziliyalı müdafiəçi İndoneziyadan Qəbələyə gəldi - O, kimdir?

Premyer Liqaya qayıdan “Qəbələ” heyətini gücləndirməkdə davam edir.

Xeyli vaxtdır aparılan axtarışlar müsbət sonluqla nəticələnib.

Bölgə təmsilçisi braziliyalı legionerlə müqavilə bağlamağa hazırlaşır.

Bu niyyətlə Eduardo Kunde ölkəmizə dəvət olunub. Mərkəz müdafiəçisi olan 27 yaşlı futbolçu “Sumqayıt”la “Şamaxı” arasında Qəbələdə baş tutan yoxlama matçını canlı izləyib.

Kunde tibbi baxışdan uğurla keçsə, “qırmızı-qaralar” onunla münasibətləri rəsmiləşdirəcək.

Vətənində “Avay”, “Kuyaba” və “Bruski”nin şərəfini qorumuş "sambaçı" Yaponiyada “Saqamihara”, Bolqarıstanda “Botev Vratsa”nın formasını geyinib.

Sonuncu iş yeri ötən mövsümdə İndoneziya təmsilçisi “Persis” olub.

“Qəbələ” yay fasiləsində heyətini Prins Ovusu (klubun U-19 komandasında cəlb olunub), İsaak Amoah (“Atletiko Sanlukenyo”, İspaniya). Paulo Quimbila (“Əl-Əhli”, Bəhreyn) və Adriel Ba Loua (“Kan”, Fransa) ilə gücləndirib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu