Premyer Liqa klubu bu əcnəbi tərəfindən aldadıldı - SON DƏQİQƏ

4 Avqust 2025 11:40 Qəbələ 2 272
Premyer Liqa klubu bu əcnəbi tərəfindən aldadıldı - SON DƏQİQƏ

«Qəbələ» aldadılıb.

Onu aldadan isə polşalıdır.

Kevin Komar sağ göstərib, sol göstərib. Polşalı qapıçı I Liqanın çempionu kimi Premyer Liqaya dönən əyalət təmsilçisinə yalan vəd verərək, Kiprə yollanıb.

Halbuki «qırmızı-qaralar» 22 yaşlı kiperlə 1+1 illik müqavilə şərtlərini razılaşdırmışdı.

Di gəl, polyak kiper Qəbələnin Bakıdan xeyli uzaqda yerləşməsini, burada darıxacağını söyləyərək, son anda kontrakta imza atmaqdan, münasibətləri rəsmiləşdirməkdən imtina edib.

2022-ci ildən «Puşça»nın formasını geyinən «əlcək sahibi» əvvəl «ok» dediyi maaşın da az olmasını bəhanə gətirib.

«Qəbələ» daha öncə İsaak Amoah (son klubu “Atletiko Sanlukenyo”, İspaniya), Paulo Quimbila (son klubu "Əl-Əhli, Bəhreyn) və Adriel Ba Louanı (son klubu “Kan”, Fransa) sıralarına qatıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA