Məşhur ata etiraf etdi: “O, nəyisə düz etməyəndə, hamının gözü qarşısında danlayırdım"

4 Avqust 23:00 Qəbələ 1 255
Məşhur ata etiraf etdi: “O, nəyisə düz etməyəndə, hamının gözü qarşısında danlayırdım"

Futbolda ata-oğul mövzusu daim aktual olub.

Övladının atanın rəhbərliyi altında top qovması nadir hallarda uğurlu sonluqla nəticələnir.

Vaxtilə Bakı “İnter”ini çalışdırmış Kaxaber Tsxadadze bu təcrübənin sahibidir.

“Bankirlər”in başında dayananda oğlu Baçana komandasının əsas hücumçularından idi və bu günə qədər komandanın ən məhsuldar futbolçusu statusuna sahibdir.

Hazırda “Qəbələ”ni çalışdıran gürcü çalışdırıcı Sportinfo.az-a futbolda ata-oğul münasibətlərindən danışarkən, şəxsi təcrübəsindən söz açıb:

“Məndə bununla bağlı problem olmayıb. Heç vaxt Baçonun arxayınlaşmasına imkan verməmişəm.

Məşqlərdə və oyunlarda digərləri ilə müqayisədə oğluma qarşı daha sərt olurdum. Nəyisə düz etməyəndə, hamının gözü qarşısında lazım olan tərzdə tənbeh edirdim.

Futbolçuların hamısı bilirdi ki, əyninə formanı, ayağına butsıları geyindilərsə, hamı mənim üçün eynidir. Oğul mənim üçün evdə oğul idi, meydanda futbolçu”.

Kaxaber Tsxadadze “İnter”i çalışdırdığı dönəmdə komanda ölkə çempionu olub, “Birlik kuboku”nu qazanıb, Azərbaycan kubokunun finalında oynayıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu