«Qəbələ» uzun sürən axtarışdan sonra qapıçı problemini həll edə bilib.
«Qırmızı-qaralar» istədiyi «əlcək sahibi»ni Polşada tapıb.
I Liqanın çempionu kimi Premyer Liqaya dönən əyalət təmsilçsisi Kevin Komarı sıralarına qatıb. 22 yaşlı kiperlə 1+1 illik müqavilə imzalanıb.
O, 2022-ci ildən «Puşça»nın formasını geyinib. Kevin Azərbaycana gəlmək üçün müddəti gələn ilin yayında bitəcək müqaviləsini pozub.
«Qəbələ» ondan öncə İsaak Amoah (son klubu “Atletiko Sanlukenyo”, İspaniya), Paulo Quimbila (son klubu "Əl-Əhli, Bəhreyn) və Adriel Ba Louanı (son klubu “Kan”, Fransa) sıralarına qatıb.
SPORTİNFO.AZ

