"Qəbələ”dən ardıcıl 3-cü...

00:50 Qəbələ 164
"Qəbələ”dən ardıcıl 3-cü...

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” “Sumqayıt”la qarşılaşıb.

Görüş Qəbələ şəhər stadionunda baş tutub. Matçın taleyini bir qol həll edib. İlk yarısı qolsuz bitən oyunun ikinci hissəsində Domi Massumu fərqlənib.

Onun 70-ci dəqiqədə vurduğu top “Qəbələ”yə minimalhesablı qələbə qazandırıb. Bu, komandanın yoxlama görüşlərində ardıcıl 3-cü qələbəsi olub.

“Qəbələ” bunadək mövsümlərarası dövrdə keçirdiyi yoxlama oyunlarında “Şamaxı”ya 2:1, “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
27 İyul 20:00 Çək və bizə göndər!