“Görək büdcə nə qədər olacaq, transferlərə hansı məbləğdə vəsait ayrılacaq”

18 İyul 2025 23:40 Qəbələ 578
“Görək büdcə nə qədər olacaq, transferlərə hansı məbləğdə vəsait ayrılacaq”

“Budəfəki çempionat çox-çox ağır olacaq”.

"Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Sportinfo.az-a açıqlamasında belə deyib.

“Qırmızı-qaralar”ı I Liqanın çempionu kimi Premyer Liqaya qaytaran gürcüstanlı çalışdırıcı “növbəti mövsümdə “Qəbələ”nin avrokuboklara vəsiqə uğrunda mübarizə aparması nə dərəcədə real görünür” sualına cavabında aşağıdakıları söyləyib:

“Ötən Premyer Liqa mövsümündəki vəziyyəti gördük. Bu dəfə daha ağır olacaq. “Qarabağ”, “Zirə”, “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Sabah”, yəqin ki, “Neftçi” də başqa cür qayıdacaq.

O ki qaldı “Qəbələ”yə, yenə deyirəm, indidən gələcək haqda danışmaq çətindir. Hər şey aparacağımız seleksiyadan və keçəcəyimiz hazırlıqdan asılı olacaq.

Görək büdcə nə qədər olacaq, transferlərə hansı məbləğdə vəsait ayrılacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA