COP29

Klub rəhbərliyi baş məşqçidən tələb etdi – ONLARI OYNAT!

13 Aprel 16:30 Qəbələ 1 119
Klub rəhbərliyi baş məşqçidən tələb etdi – ONLARI OYNAT!

“Qəbələ” rəhbərliyi komandadan əlini üzüb.”Qırmızı-qaralar”ın başbilənləri artıq Premyer Liqada qalacaqlarına inanmır.

Bu üzdən baş məşqçi Kaxaber Sxadadzenin qarşısına xüsusi tələb qoyublar: əgər çemıpionatın 30-cu turu çərçivəsində bu gün “Turan Tovuz”a uduzsalar, o, növbəti hesabat həftəsindən etibarən gənclərə üstünlük verməlidir.

Gürcüstanlı çalışdırıcı bu şərtlə razılaşıb. O, ötən yay düşərgəyə cəlb olunmuş legionerlərin kollektivə fayda vermədiyini bildirib.

“Qəbələ” 29 turdan sonra turnir cədvəlinin son pilləsində qərarlaşıb. Əyalət təmsilçisi 16 xala malikdir və ondan bir üst sıradakı “Kəpəz”dən 14 xal geri qalır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"