Üçü ilə müqavilə uzadılmadı, ikisi geri qaytarıldı

30 May 01:50 Qəbələ 768
Üçü ilə müqavilə uzadılmadı, ikisi geri qaytarıldı

"Qəbələ” 5 futbolçusu ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisinin qapıçısı Müşviq Nadirov, yarımmüdafiəçi Samir Həsənov və hücumçu Ruslan Voronsovla başa çatan müqavilələr uzadılmayıb.

Müdafiəçi İbrahim Ramazanov və yarımmüdafiəçi Oçe Oçoveçinin icarə müddəti başa çatıb.

Bu futbolçuların dördü 2024-cü ilin yayından, İbrahim 2025-ci ilin əvvəlindən “qırmızı-qaralar”ın formasını geyinirdi.

“Qəbələ” İdman Klubu yollarını ayırdığı futbolçulara təşəkkür edir, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 May 03:00 Bunlar da boşandılar