Baş məşqçi bir göstərişlə öz futbolçusunu bombardir etdi – Azərbaycanda

27 May 23:00 Qəbələ 561
Baş məşqçi bir göstərişlə öz futbolçusunu bombardir etdi – Azərbaycanda

I Liqada bombardir olmaq adı uğrunda gedən amansız mübarizə başa çatdı.

“Qəbələ”li Domi Massumo ilə “Karvan”ın üzvləri Emil Qasımov və Bəhruz Teymurov arasında gedən yarışdan konqolu qalib ayrıldı.

“Qaradağ Lökbatan”la sonuncu qarşılaşmada hər kəsi Dominin qol vurması üçün çalışırdı.

Afrikalı hücümçu ilk iki qola imzasını yazdıra bilməsə də (birincidə məhsuldar ötürmənin müəllifi oldu – H.), özü qazandığı penalti zamanı topun başına keçdi. Təbii ki, baş məşqçi Kaxaber Tsxadadzenin xüsusi tapşırığı ilə.

Halbuki hakim “nöqtə”ni göstərən anda Elşad Tağıyev topu əlini götürüb vurduğu qolların sayını artırmaq istəyirdi. Kaxadan göstəriş gəldi: “Elşad, topu Domiyə ver”.

Rəqib qapıçı Əli Kərimovu məyus edən “14 nömrə” qolların sayını 16-ya yüksəldib 15 qola sahib Emil Qasımovu geridə qoydu. Emilin “Mingəçevir” – “Karvan” qarşılaşmasında fərqlənə bilməməsi isə “Qəbələ” azarkeşlərinin könlünü şad etdi.

Gürcüs çalışrıcının məqsədi nə idi? Premyer Liqa öncəsi yetirməsinə motivasiya vermək, onu elitada da bu qədər qol vuracağına inandırmaq.

“Qaradağ Lökbatan”la matçdan sonra qəbələli fanatlar həm çempionluğu qeyd edir, həm də Domini bombardir olması münasibəti ilə təbrik edirdi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti