Millinin baş məşqçisi istədi, “Qəbələ” “yox” deyə bilmədi

24 May 23:00 Qəbələ 603
Millinin baş məşqçisi istədi, “Qəbələ” “yox” deyə bilmədi

I Liqanı çempion qismində başa vuraraq Premyer Liqaya qayıdan “Qəbələ”də ilk ayrılıq yaşanıb.

Emil Süleymanov klubu tərk edib.

Dünyasını dəyişmiş “Qəbələ”nin keçmiş akademiya məşqçisi Eldəniz Süleymanovun oğlu olan 2004 doğumlu yarımmüdafiəçi karyerasını “Şamaxı”da davam etdirəcək.

O, bura baş məşqçi Ayxan Abbasovun istəyi ilə gəlib. U-21 millimizin çalışdırıcısı Emilin nəyə qadir olduğunu bilir və öncəki toplanışda onu milliyə dəvət edib.

Lakin hazırda gənclər yığmasının bazası “Şamaxı”da qurulduğundan, Abbasov “Qəbələ”nin yetirməsini də sərəncamında görməyi vacib sayıb.

Süleymanov 1 illik icarə şərti ilə Qəbələdən Şamaxıya üz tutub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti