“Qəbələ” Premyer Liqaya yaraşıq verən “11 nömrə”yə göz dikdi

22 May 21:20 Qəbələ 488
“Qəbələ” Premyer Liqaya yaraşıq verən “11 nömrə”yə göz dikdi

Premyer Liqanı tərk edəcəyi dəqiqləşən “Səbail”in futbolçuları yeni iş yeri axtarışına çıxıb.

Başqa cür desək, mümkün variantları götür-qoy edir, sərfəli şərtlər axtarırlar.

Komandanın aparıcı simalarından olan Rüfət Abdullazadə bu gün üçün ən populyar simadır. Solaxay yarımmüdafiəçi bir neçə klubun maraq dairəsindədir.

Ən çox fəallıq göstərən isə “Qəbələ”dir. Bölgə təmsilçisinin baş məşqçisi Kaxaber Tsxadadze Rüfəti sərəncamında görməkdə maraqlıdır. Futbolçunun özü də karyerasını qırmızı-qara formada davam etdirməyə qarşı deyil.

İş burasındadır ki, 24 yaşlı futbolçu ilə müqavilə bağlamaq üçün ilk növbədə “Səbail”i razı salmaq mütləqdir.

Abdullazadənin “dənizçilər”lə müqaviləsinin müddəti davam edir deyə, I Liqaya yuvarlanan klub onun satışından pul qazanmaq istəyir.

Bayıl təmsilçisinin “11 nömrə”si başa çatmaqda olan mövsümdə 33 oyunda şans qazanmaqla 6 qol vurub, bir o qədər də məhsuldar ötürmənin müəllifi olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 May 10:00 Qurbanov vəfat etdi
22 May 08:30 Bakıda 15:0 olunca...