Qəbələyə məşqçi kimi qayıtmaq istəyən tanınmış hücumçu dəvət gözləyir

21 May 23:00 Qəbələ 328
Qəbələyə məşqçi kimi qayıtmaq istəyən tanınmış hücumçu dəvət gözləyir

Vaxtilə “Qəbələ”nin şərəfini qorumuş Daniel Subotiç futbolçu karyerasını 3 il əvvəl başa vurub.

Lakin futboldan uzaqlaşmayıb. Hazırda İsveçrədə özünün açdığı futbol məktəbində məşqçi kimi fəaliyyət göstərir.

Daniel Sportinfo.az-a açıqlamasında yenidən Azərbaycana gəlmək istədiyini deyərək, bunun üçün “Qəbələ”dən təklif almağın vacibliyini qeyd edib:

“Qəbələdə məni futbolçu kimi xatırlayırlar. Hazırda İsveçrədə futbol məktəbinə sahibəm. Çox istərdim növbəti səfərim məşqçi kimi olsun.

Məsələn, nə vaxtda məşqçilik etdiyim məktəbin üzvlərini Qəbələyə aparıb, orada hansısa turnirdə iştirak etmək. Bunun üçün “Qəbələ”dən təklif olmalıdır.

Belə bir təklif olsa, növbəti təyyarə reysi ilə Azərbaycana uçmaqdan məmnun olaram. Həm dostluq əlaqələrinin qurulması, həm də azərbaycanlı və isveçrəli uşaqların futbol matçında üz-üzə gəlməsi baxımından maraqlı səfər alınar”.

Keçmiş hücumçu “Qəbələ”nin şərəfini qoruduğu 2013/14 mövsümündə, həmçinin 2016/17mövsümünün ikinci yarısında meydana çıxdığı 41 oyunda 15 qol və 1 assistlə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti