"Qəbələ"nin meneceri 4 aylıq proqramı uğurla tamamladı

20 May 2025 08:20 Qəbələ 1 079
"Qəbələ"nin meneceri 4 aylıq proqramı uğurla tamamladı

"Qəbələ"nin meneceri Bəxtiyar Vaqifzadə Türkiyənin "Başakşehir" klubu və Avropa Klublar Assosiasiyası (ECA) tərəfindən təşkil olunan “Peşəkar Futbol İdarəetməsi” proqramını uğurla tamamlayıb.

Sportinfo.az xəbər verir ki, 4 ay davam edən proqram çərçivəsində iştirakçılar idarəetmə, skautinq, marketinq, gənclərin inkişafı, dayanıqlılıq və maliyyə kimi futbolun əsas sahələri üzrə dərin bilik və təcrübə qazanıblar.

İstanbulda baş tutan məzuniyyət mərasimində "Qəbələ" rəsmisinə diplom "Başakşehir"in baş məşqçisi Çağdaş Atan tərəfindən təqdim edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA