Tarixində 8-ci dəfə Avropaya "salam" söyləyən Azərbaycan klubu

28 May 2023 01:00 Qəbələ 705
Tarixində 8-ci dəfə Avropaya "salam" söyləyən Azərbaycan klubu

“Qəbələ” tarixində 8-ci dəfə avrokuboklara vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının XXXVI - sonuncu turunda “Kəpəz”lə heç-heçə edərək (1:1) buna nail olub.

Mövsümü 50 xalla dördüncü pillədə başa vuran Elmar Baxşıyevin yetirmələri “Sabah” və “Neftçi”dən sonra 2023/2024 mövsümündə UEFA Konfrans Liqasında iştirak hüququna yiyələniblər.

Çünki turun digər matçında “Sumqayıt”ı 3:0 hesabı ilə üstələyən “Zirə” xallarının sayını 50-yə yüksəltməsinə baxmayaraq, şəxsi görüşlərdəki üstünlük bölgə təmsilçisinin 4-cü yeri tutmasına səbəb olub.

“Qəbələ” digər komandalarla birlikdə Konfrans Liqasında II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

“Qırmızı-qaralar” buna qədər 6 dəfə Avropa Liqasında (2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020), 1 dəfə isə Konfrans Liqasında (2022/2023) yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!