
“Qəbələ”nin sabiq legioneri Abdelrafik Gerard karyerasını bitirib.
Sportinfo.az xəbər verir ki, bu barədə fransalı yarımmüdafiəçinin özü məlumat verib.
O, ölkəsinin mətbuatına açıqlamasında 31 yaşında karyerasını bitirmək qərarına gəldiyini bildirib.
Mövsümün əvvəlindən klubsuz qalan Gerard sərfəli təklif almayınca, bu addımı atmalı olub. Sabiq “Qəbələ”li bundan sonra məşqçi kimi fəaliyyət göstərmək arzusundadır.
Abdelrafik Gerard 2020-ci ilin ilk 6 ayında “Qəbələ”nin formasını geyinib.
O, karyerasına PSJ-nin B komandasında başlayıb. Daha sonra yerli "Len" və “Union"da (Belçika) çıxış etdikdən sonra 2020-ci ildə "Qəbələ"yə transfer olunub.
Karyerası ərzində ümumilikdə 97 oyunda meydana çıxıb. O, bu matçlarda yeddi qol, doqquz məhsuldar ötürmə ilə yadda qalıb.