Premyer Liqanın qapısını döyən komanda daha toxunulmaz deyil

14 Fevral 08:30 Qəbələ 1 239
Premyer Liqanın qapısını döyən komanda daha toxunulmaz deyil

"Qəbələ" I Liqada bu mövsüm ilk qolu buraxıb.

Sportinfo.az xəbər verir ki, "qırmızı-qaralar" 14-cü turda bu gün "İmişli" ilə keçirilən səfər matçında qapılarında qol görüblər.

"Qəbələ"nin 2:1 hesabı ilə qalib gəldiyi görüşdə "İmişli"nin qolunu 72-ci dəqiqədə Dieqo Rollo vurub.

"Qəbələ"nin qapıçısı Səlahət Ağayev bu mövsüm Azərbayca kubokunda "Qarabağ"la görüşdə (0:2) iki top buraxsa da, Liqada qapısını toxunulmaz saxlamışdı.

"Qəbələ"nin qollarını isə rəqib qapısından Şahin Şahniyarov (58) və Domi Massumo (82) keçirib.

"Qəbələ" hazırda 36 xalla 1-ci liqanın lideridir.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi