Azərbaycanda hakimi stadionda vuran yeniyetməyə 10 oyunluq cəza kəsildi

6 Fevral 03:00 Qəbələ 1 056
Azərbaycanda hakimi stadionda vuran yeniyetməyə 10 oyunluq cəza kəsildi

“Qəbələ”nin U-15 komandasının futbolçusu Emil Təhməzov 10 oyunluq cəzalanıb.

Sportinfo.az” xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Cəzaya futbolçunun fevralın 2-də AFFA U-15 Liqasında “Asta”ya qarşı matçdan sonra hakimə fiziki təzyiq göstərməsi (əli ilə vurması) səbəb olub.

Sözügedən liqada çıxış edən “Metak” komandasının baş məşqçisi Mehman Səfərov isə “Turan Tovuz”la görüşdə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzaya məruz qalıb.

AFFA U-13 qızlar Liqasında çıxış edən “Səbail” komandasının baş məşqçisi Etibar Həsənov da 5 oyunluq diskvalifikasiya olunub.

Buna onun fevralın 1-də baş tutan “Şəfa” ilə görüşün 45-ci dəqiqəsində təhqiredici, qeyri-etik ifadələr işlətməsi və ya jestlərdən istifadə etdiyi üçün qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılması səbəb olub.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”