Azərbaycanlı futbolçunun ayağı 1 ay gipsdə qalacaq

29 Yanvar 2025 09:20 Qəbələ 1 729
Azərbaycanlı futbolçunun ayağı 1 ay gipsdə qalacaq

“Qəbələ”nin futbolçusu Salman Ələsgərov əməliyyat olunub.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi 2-ci tip aksesuar navikulyar sümüyün ayrılması və tibialis posterior vətərinin ana navikulyar sümüyə tenodezi ilə bağlı cərrahi müdaxiləyə məruz qalıb.

Ələsgərovun əməliyyatı uğurlu keçib. Futbolçunun ayağı 1 ay gipsdə qalacaq. Ardınca 3 aya qədər gücləndirmə məşqləri keçəcək Salman bundan sonra meydanda hazırlığa start verəcək.

Ələsgərov cari mövsümdə I Liqada keçirdiyi 5 oyunda 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq