Birinci liqada yeni mövsümə qələbə ilə başlaya bilməyən “Qəbələ” transferlərə davam edir.
“Zaqatala” ilə evdə keçirilən matçda qolsuz bərabərliyə imza atan “qırmızı-qaralar” düşərgəsinə daha bir legioner gətirib.
Premyer Liqaya qayıtmağı hədəfləyən əyalət təmsilçisi El Bekaye Diakite ilə anlaşmağa yaxındır. Qəbələnin eyniadlı komandası seneqallı hücumçuya 2 illik müqavilə təklif edib.
24 yaşlı Diakite bu ölkənin çempionatında çox tanınan biridir. 2020-ci ildə “Qudyavay”da oynayarkən bir neçə Avropa klubu ona təklif göndərib.
Bu siyahıya Fransanın məşhur komandalarından “Sent-Etyen” də daxil olub. Lakin COVİD-19 pandemiyasına görə onun “köhnə dünya”ya keçidi həmin vaxt gerçəkləşməyib.
SPORTİNFO.AZ.