Ukrayna Premyer Liqasından “Qəbələ”yə transfer oldu

16 Sentyabr 2024 14:20 Qəbələ 1 580
Ukrayna Premyer Liqasından “Qəbələ”yə transfer oldu

“Qəbələ” daha bir legionerlə anlaşıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” nigeriyalı Oçe Oçoveçi ilə müqavilə bağlayıb.

Ukrayna Premyer Liqa təmsilçisi “Krivbas”da çıxış edən 22 yaşlı yarımmüdafiəçi birillik icarəyə götürülüb.

Karyerasına ölkəsinin “Platea Yunayted” komandasında başlayan O.Oçoveçi Portuqaliya təmsilçisi “Feyrense”nin də formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:00 Çək və bizə göndər!