Nəhayət. Azərbaycan klubu əcnəbidən сanını qurtardı

17 Avqust 2024 13:20 Qəbələ 2 670
Nəhayət. Azərbaycan klubu əcnəbidən сanını qurtardı

“Qəbələ” qapıçısı Kristof Atanqana ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

24 yaşlı kamerunlu qolkiperin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2021-ci ilin iyulundan "Qəbələ"də çıxış edən Atanqana bölgə təmsilçisində 36 matç keçirib.

O, Premyer Liqada 24, Azərbaycan Kubokunda 10, Konfrans Liqasında 2 oyunda iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!