Ağır zədədən qayıdan müdafiəçinin gələcəyi ilə bağlı sual davam edir

12 Avqust 2024 23:00 Qəbələ 1 631
Ağır zədədən qayıdan müdafiəçinin gələcəyi ilə bağlı sual davam edir

Ötən mövsümü "Qəbələ"də keçirən Murad Musayev gələcək karyerası ilə bağlı qərarını hələ də verməyib.

Hazırda azad agent olan təcrübəli futbolçu ağır zədədən yeni qayıdıb.

Ötən mövsümün sonuncu turunun "Sumqayıt"la səfər oyununda ciddi xəsarət olan arxa xətt oyunçusu Türkiyədə əməliyyat olunub.

Onun bütün xərclərini "qırmızı qaralar"ın rəhbərliyi üzərinə götürüb.

Musayev indi də "Qəbələ"nin düşərgəsində fərdi məşqlərini edir.

Lakin bölgə klubu ilə müqaviləsi bitən "28 nömrə"nin yeni mövsümə harada başlayacağı sual olaraq qalır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!
12 Dekabr 00:20 "Məsələ mən deyiləm"