Premyer Liqadan düşdü, II Liqadan hücumçuya dəvət göndərdi

8 Avqust 2024 21:00 Qəbələ 1 899
Premyer Liqadan düşdü, II Liqadan hücumçuya dəvət göndərdi

Yeni mövsümə hazırlaşan "Qəbələ" doğma rayonda təlim-məşq toplanışını davam etdirir.

Heyətin formalaşdırılması yolunda da addımlar atılır.

Bölgə klubu daha bir futbolçunu komandaya dəvət edib.

Bu, hücumçu Ruslan Voronsovdur.

28 yaşlı forvard son mövsümü İkinci Liqada çıxış edən "Cəbrayıl"da keçirib.

O, MOİK, "Karvan", "Şəmkir", "Ağsu", "Qaradağ Lökbatan" və "Simurq" klublarında forma geyinib.

Qısa müddət isə Kiprdə legioner həyatı yaşayıb.

Təcrübəli ön xətt oyunçusu birbaşa müqavilə üçün "qırmızı qaralar"a dəvət edilməyib.

Ruslan karyerasını "Qəbələ"də davam etdirmək üçün öncə gürcüstanlı baş məşqçi Kaxaber Tsxadadzenin müsbət rəyini almalıdır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!