Apreldə ölkəmizi tərk etdi, axtardığını vətənində tapdı

29 İyul 2024 17:20 Qəbələ 1 042
Apreldə ölkəmizi tərk etdi, axtardığını vətənində tapdı

Bu ilin aprelində "Qəbələ"dən ayrılan Feras Abu Akalın yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki. israilli yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək.

27 yaşlı futbolçu "İroni Tiberias"a keçib. O, yüksək liqa təmsilçisi ilə 1 illik müqavilə bağlayıb.

2022-ci ilin iyulundan "Qəbələ"də çıxış edən Abu Akal “qırmızı-qara” formada keçirdiyi 47 matçda 3 qol vurub.

Feras Premyer Liqada 37 (2 qol), Azərbaycan kubokunda 8 (1 qol), Konfrans Liqasında 2 oyunda iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti