“Qəbələ” I Liqa ilə əlaqəli planlarını dəqiqləşdirdi

12 İyul 2024 14:20 Qəbələ 1 307
“Qəbələ” I Liqa ilə əlaqəli planlarını dəqiqləşdirdi

"Qəbələ"nin 2024/2025 mövsümü üçün hazırlıq planı bəlli olub.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” məşqlərə iyulun 25-də Qəbələdə start verəcək.

Seleksiya xarakterli hazırlıq prosesi bir həftə davam edəcək.

Daha sonra komanda təlim-məşq toplanışına start verəcək.

Qəbələ şəhər stadionunda gerçəkləşəcək hazırlıq prosesində yoxlama oyunlarının keçirilməsi planlaşdırılıb. Rəqiblər və qarşılaşmaların tarixləri hələlik məlum deyil.

"Qəbələ" yeni sezona Birinci Liqada başlayacaq. Yeni mövsüm sentyabrın 11-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!