Bu futbolçuların "Qəbələ"dəki taleyi necə olacaq? - SİYAHI

5 İyul 2024 21:00 Qəbələ 1 778
Bu futbolçuların "Qəbələ"dəki taleyi necə olacaq? - SİYAHI

"Qəbələ"nin Premyer Liqanı tərk etməsindən sonra heyətin əksər üzvləri komandanı tərk etmək qərarı verdi.

Kapitan Asif Məmmədovun Birinci Liqada da "qırmızı qara" formanı geyinəcəyi daha əvvəldən məlum idi.

Lakin hələ də gələcək taleyinə aydınlıq gəlməyən adlar qalır.

Söhbət legionerlərdən Kristof Atanqana, Zurab Oçiqava və yerlilərdən Murad Musayev, Rauf Hüseynli və İlkin Qırtımovdan gedir.

Maraqlıdır, kifayət qədər Premyer Liqa təcrübəsi olan yerlilər və adları yuxarıda çəkilən əcnəbilər karyeralarını aşağı liqada davam etdirməyə razıdırlarmı?

Klubdan əldə etdiyimiz məlumata görə, siyahıda adı keçən futbolçularla bağlə yekun qərar verilməyib.

Hazırda danışıqlar davam edir.

Hər birinin aşağı liqada da "Qəbələ" forması geyinmələri mümkündür.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR