Bu dəfə qapıçı gətirdilər: 1 illik müqavilə imzalandı - FOTO

27 İyun 2024 01:20 Qəbələ 2 125
Bu dəfə qapıçı gətirdilər: 1 illik müqavilə imzalandı - FOTO

Transfer çalışmalarını davam etdirən “Qəbələ” klubu daha bir futbolçunu heyətinə qatıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qəbələ" akademiyasının yetirməsi olan Müşfiq Nadirov “qırmızı-qaralar”ın formasını geyinəcək. 22 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb.

Akademiyamızın yetirməsi

Nadirov 2023/2024 mövsümündə “Zaqatala”da çıxış edib. O, karyerası ərzində “Qəbələ-2” və “Kəpəz”in də uğurları üçün çalışıb. Qapıçı Azərbaycanın U-16 və U-20 yığmalarına da cəlb olunub.

“Qəbələ” bunadək müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Urfan İsmayılovu da heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi