COP29

“Gedişimin səbəblərini özüm bilirəm” – Onu tənqid edənlərə cavab verdi

14 İyun 19:40 Qəbələ 1 537
“Gedişimin səbəblərini özüm bilirəm” – Onu tənqid edənlərə cavab verdi

“Bundan sonra neçə il çıxış edə biləcəyimi bilmirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin sabiq kapitanı Ürfan Abbasov deyib.

İyunun əvvəlində “Araz-Naxçıvan”la birillik müqavilə imzalayan müdafiəçi sosial şəbəkələrdə "Qəbələ"də qalıb Birinci Liqada oynamadığı üçün onu qınayan azarkeşlərin tənqidlərinə cavab verib:

"Sosial şəbəkələrdə yazılanları oxuyuram. Gedişimi normal qarşılayanlar olduğu kimi, razılaşmayan insanlar da oldu.

Amma əsas odur ki, səbəblərini özüm bilirəm. Artıq 32 yaşım var.

Formada qalmaq istəyirəm. Birinci Liqada bunu bacarmaq asan olmayacaqdı".

Digər Xəbərlər
Xəbər Lenti