COP29

“Qəbələ” ilə bağlı mühüm qərar qəbul olundu

14 İyun 16:40 Qəbələ 3 155
“Qəbələ” ilə bağlı mühüm qərar qəbul olundu

Növbəti mövsümdə I Liqada mübarizə aparacaq “Qəbələ”də bəzi suallara aydınlıq gəlib.

Əsas suallardan biri büdcəsi kasadlaşan komandanın harada məskunlaşacağıdır ki, rəsmilər çıxış yolu tapıb.

Bölgə təmsilçisi yay hazırlığından etibarən doğma şəhərdə qalacaq.

Bunun üçün Zarağan kəndindəki “Gilan” oteli nəzərdə tutulub. Düzdür, burada əsasən akademiyanın komandaları məskunlaşır.

İndi müzakirə olunan məsələlələrdən biri akademiya komandaları ilə əsas komandanın eyni mehmanxanada qalmasının mümkünlüyüdür.

İstənilən halda Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv – yerli və əcnəbi futbolçuların hamısı – Qəbələdə məskunlaşacaq.

Futbolçular yalnız istirahət günlərində Bakıda və digər şəhər-rayonlarda xoş vaxt keçirə biləcəklər.

Bu addım əsasən maliyyə xərclərinə qənaət etmək üçün atılıb.

Komandaya yeni cəlb olunacaq legionerlərə bu barədə məlumat əvvəldən veriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti