COP29

Azərbaycanda çalışan baş məşqçiyə təyyarə bileti və dəvətnamə ayrıldı

8 İyun 23:40 Qəbələ 1 165
Azərbaycanda çalışan baş məşqçiyə təyyarə bileti və dəvətnamə ayrıldı

Hazırda Gürcüstanda olan Kaxaber Tsxadadze Almaniyaya səfər edəcək.

Lakin bu səfərin “Qəbələ” ilə əlaqəsi yoxdur.

Vaxtilə Kaxanın formasını geyindiyi və baş məşqçisi olduğu Gürcüstan seçməsi iyunun 18-də AVRO-2024-də ilk matça çıxacaq.

Qrup mərhələsi çərçivəsində üz-üzə gələcək Gürcüstan – Türkiyə qarşılaşmasını canlı izləmək üçün Gürcüstan Futbol Federasiyası tərəfindən Tsxadadzeyə təyyarə bileti və oyunu VİP sektorda yer almaq üçün dəvətnamə ayrılıb.

“Qəbələ”nin çalışdırıcısı çox güman Çexiya və Portuqaliya ilə qarşılaşmaları da stadiondan izləyəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti