Klubda ixtisarlar başlayır - AFFA-nın ayırdığı vəsait bəs etmədi

6 İyun 2024 17:00 Qəbələ 2 546
Klubda ixtisarlar başlayır - AFFA-nın ayırdığı vəsait bəs etmədi

Bilindiyi kimi, mayın 3-də AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Yığıncaqda “Qəbələ” İdman Klubuna akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il müddətinə 700 000 (yeddi yüz min) manat maliyyə vəsaitinin ayrılması qərara alınıb.

Bu xüsusda “Qəbələ” İK-ya dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının, həmçinin hakimlərin Qəbələdə təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub.

Bu qərar növbəti mövsüm I Liqada mübarizə aparacaq “Qəbələ”nin istəyi idimi? Tam demək olmaz.

Əyalət klubunun arzuladığı rəqəm 1 milyon manatı aşırdı. Onlar federasiya ilə apardıqları danışıqlarda bu rəqəmi əsaslandıra da bilmişdilər.

Belə ki, yola saldığımız mövsümdə baza və akademiyanın saxlanılmasına 1,1 milyon manata yaxın vəsait xərclənib. Burada 250-dən artıq əməkdaş çalışır.

Nəzərə alaq ki, təkcə bazaya daxil olan bir neçə yaşıl meydançanın saxlanılmasının illik xərci bir neçə yüz min manatdır.

Tale Heydərov öncəki illərdə infrastrukturun qorunmasına və akademiyanın fəaliyyətinə milyonlarla vəsait ayırırdısa, bu rəqəmi get-gedə aşağı salıb.

Yaxın keçmişə qısa səyahət etsək, 1,1 milyon çox kiçik rəqəmdir. AFFA-nın 700 min manatlıq yardım paketi isə «Qəbələ»nin yarasına məlhəm qoymayacaq.

«Qırmızı-qaralar» indi məcburdur ki, işçi personalında ixtisarlar aparsın, ştatda olanların sayın 200-ə qədər aşağı salsın.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA