COP29

"Azərbaycana qayıtmalıyam"

30 May 04:00 Qəbələ 854
"Azərbaycana qayıtmalıyam"

"Bərpa olunmaq təxminən 4 ay çəkəcək, bundan sonra komanda ilə birlikdə məşqlərə başlayacağam".

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında “Qəbələ”nin ötən gün əməliyyat olunan 29 yaşlı müdafiəçisi Murad Musayev deyib.

Azərbaycan Premyer Liqasının sonuncu - 36-cı turunda baş tutan “Sumqayıt”la matçda sol axil vətərinin tam qopması səbəbindən Türkiyədə cərrahi müdaxiləyə məruz qalan M.Musayev hər şeyin qaydasında olduğunu deyib:

“Əməliyyat yaxşı keçdi. Yüngül ağrılarım var. Ya bu gün axşam, ya da sabah Azərbaycana qayıtmalıyam. Həkimlər hər şeyin qaydasında olduğunu bildiriblər”.

Futbolçu başqa klublardan təkliflərin olduğunu, amma böyük ehtimalla “Qəbələ”də qalacağını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!