COP29

"9 nömrə" Azətbaycandan iki təklif aldı

28 May 21:20 Qəbələ 4 018
"9 nömrə" Azətbaycandan iki təklif aldı

Son həftələrdə “Qəbələ”nin heyətində parlaq oyunu ilə seçilən Əyyub Allaş karyerasını Azərbaycanda davam etdirə bilər.

Mərakeşli yarımmüdafiəçi ilə Premyer Liqanın iki klubu yaxından maraqlanır.

Adıçəkilən legioner son sözünü deməsə də, burada qalmaqda maraqlıdır.

Bölgə təmsilçisi ilə sözləşməsinin müddəti bu ayın sonunda başa çatacaq “9 nömrə” yeni komandasında aşağı-yuxarı “Qəbələ”dəki qədər qazanacaq. 5 aşağı, 5 yuxarı – kəskin fərq olmayacaq.

Agentindən xarici klublarla bağlı təklif mesajı alan futbolçu tələsmək istəmir. Götür-qoy edəndən sonra yekun qərarını verəcək.

Allaş cari mövsümdə qırmızı-qara formada bütün yarışlarda meydana çıxdığı 39 oyunda 7 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti