COP29

Hər kəsi qorxudan futbolçudan XOŞ XƏBƏR var

4 İyun 22:40 Qəbələ 1 525
Hər kəsi qorxudan futbolçudan XOŞ XƏBƏR var

Premyer Liqanın sonuncu turu "Qəbələ"nin müdafiəçi Murad Musayev üçün xoş olmayan hadisə ilə əlamətdar oldu.

Təcrübəli müdafiəçi "Sumqayıt"la səfər matçının 15-ci dəqiqəsində məcburi əvəzlənməli oldu.

Buna səbəb onun sadə oyun epizodunda ağır xəsarət olmasıydı.

Ayağı burxulan futbolçu xərəkdə meydanı tərk etməli olmuşdu.

29 yaşlı arxa xətt oyunçusunun son durumu bəlli olub.

Türkiyədə əməliyyat olunan futbolçu artıq vətənə qayıdıb.

Onun əməliyyatı gözləniləndən yaxşı sonluqla bitib.

Ehtimal edildiyi kimi Musayev qarşıdakı mövsümü erkən başa vurmayıb.

Həkimlər bildirib ki, təxminən 3 aydan sonra topsuz çalışmalara başlamaq mümkün olacaq.

Hər şey plan üzrə getsə, sentyabrın sonları Musayev yaşıl meydanlara qayıda biləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti