COP29

Azərbaycanın tanınmış klubu uğursuz baş məşqçi ilə bağlı görün nə qərar verdi!

27 May 19:20 Qəbələ 1 923
Azərbaycanın tanınmış klubu uğursuz baş məşqçi ilə bağlı görün nə qərar verdi!

"Qəbələ” baş məşqçisi Kaxaber Sxadadze ilə yeni müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

55 yaşlı gürcüstanlı mütəxəssislə yeni şərtlərlə bağlanan anlaşma 3 il müddətinə nəzərdə tutulub.

Sxadadze və onun köməkçisi George Çixradze 2027-ci ilin yayına qədər “Qəbələ”də çalışacaqlar.

Sxadadze 2024-cü ilin fevralın 25-də “qırmızı-qaralar”ın baş məşqçisi təyin olunub.

O, buna qədər Azərbaycanda “Standard” (2008) və “İnter”in (2009-14), vətənində “Lokomotiv” (Tbilisi, 2001-02), “Dinamo” (Tbilisi, 2005-06, 2021-22), “Sioni” (2006-07), Qazaxıstanda “Kayrat” (2016-17), “Ordabası” (2018-20), “Kaspi” (2022-23) klublarında, Gürcüstanın gənclər (2009) və əsas (2015-16) millisində baş məşqçi olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"