COP29

Fransız Azərbaycanın aşağı liqasında oynamaq istəyirmi?

27 May 19:40 Qəbələ 870
Fransız Azərbaycanın aşağı liqasında oynamaq istəyirmi?

“Qəbələ”nin elita ilə vidalaşmasının klub rəhbərliyi üçün yaratdığı əsas problemlərdən biri müqavilə müddəti 2025-ci ilə qədər olan futbolçularla ortaq məxrəcə gəlməkdir.

Büdcə kəskin şəkildə azalacaqsa, legionerləri və yüksək ödənişli yerliləri I Liqada oynatmaq heç bir məntiqə sığmır.

Bölgə təmsilçisi ilə sözləşməsinin müddəti gələn ilin iyununda bitəcək futbolçulardan biri də Bilel Auaşeriyadır.

30 yaşlı fransalı vinger Sportinfo.az-a açıqlamasında məlum məsələ ilə bağlı fikirlərini bildirib:

“Müqavilə məsələlərini müzakirə etmək üçün bir az gözləyək. Rəhbərliklə söhbətimiz olacaq.

Birinci Liqada oynayarammı? Dediyim kimi, klub rəsmiləri ilə bu barədə danışacağıq. İndidən dəqiq söz demək mənim üçün çətindir”.

Ötən ilin yayından “qırmızı-qaralar”ın şərəfini qoruyan fransalı futbolçu cari mövsümdə bütün yarışlarda şans qazandığı 41 qarşılaşmada 6 qol və 2 assistlə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"