COP29

“Üzr istəyirəm” - Azərbaycan klubundan ayrılan əcnəbi

27 May 22:20 Qəbələ 1 028
“Üzr istəyirəm” - Azərbaycan klubundan ayrılan əcnəbi

“Zədələr imkan versəydi, komandaya daha çox kömək edərdim”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”dən ayrılan Ahmed Ayzaya deyib.

Premyer Liqanı tərk edən “qırmızı-qaralar”la vidalaşan nigeriyalı yarımmüdafiəçi qəbələli azarkeşlərə təşəkkürünü çatdırıb:

“Mövsümboyu dəstəklərini əsirgəmədilər. Hətta uzaq yol qət edib səfər oyunlarımıza da gəlirdilər.

“Qəbələ”nin elitanı tərk etməsi rəsmiləşib, ancaq yenə də stadiona gəlirlər. Bütün bunları görmək həqiqətən xoşdur.

Onları məyus etdiyimizə görə üzr istəyirəm. Verdikləri dəstəyə görə təşəkkürümü bildirirəm.

Burada olduğum müddətdə əlimdən gələnin ən yaxşısını etməyə çalışdım”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"