COP29

"Bu komanda gələn il Premyer Liqaya qayıtmalıdır"

26 May 01:20 Qəbələ 519
"Bu komanda gələn il Premyer Liqaya qayıtmalıdır"

"Qəbələ" Azərbaycan Premyer Liqasının 36-cı turunda səfərdə "Sumqayıt"a 0:1 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib:

“Sumqayıt”, Samir Abasov və bütün Sumqayıt şəhərini təbrik edirəm. Gözəl atmosfer var idi.

Bərabər oyun keçdi. Uduzmaya da bilərdik. Belə stadion, belə atmosferdə avrokuboklara layiq idilər.

Onlar daha çox motivasiya olmuşdular. Biz pis oynamadıq. Bəzi oyunçularda köklənmə az idi.

Təbii ki, rəqiblə bizim motivasiyamız eyni deyildi. Futbolçulara təşəkkür edirəm.

Çox yaxşı oyunlar keçirdilər. Azarkeşlərin çox olması bugünkü matça da çox təsir etdi.

Bu gün “Sumqayıt” onlara görə say üstünlüyü qazanmışdı. Biz artıq 1-ci liqadayıq.

Belə böyük klubun aşağı düşməsi təəssüf doğurur. Amma böyük klublar da aşağı liqaya düşüb.

Bu, düzələn məsələdir. Belə prezidenti, belə rəhbərliyi olan kluba maksimum bir il lazımdır ki, Premyer Liqaya qayıtsın.

“Qəbələ” təkcə çempionat deyil, Avropada da yaxşı oynadığını sübut edib. Bu matçdakı atmosferin hər görüşdə olmasını istəyirəm.

Belə ab-hava futbolçulara da müsbət təsir edir. Bu komanda gələn il Premyer Liqaya qayıtmalıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 20:10 Çək və bizə göndər!
18 İyun 11:30 Gərək belə olsun…