COP29

Belə futbolçu görmüşdüz? - “Heç kimdən incikliyim yoxdur”

24 May 21:20 Qəbələ 1 885
Belə futbolçu görmüşdüz? - “Heç kimdən incikliyim yoxdur”

“Qəbələ”nin son 3 oyunu qalib başa vurmasının başlıca səbəblərindən biri heyətdəki dəyişikliklərdir.

Mövsümboyu “11”likdə görməyə alışdığımız İlkin Qırtımov, Rauf Hüseynli və Bilel Auaşeriya “Səbail”, “Sabah” və “Araz-Naxçıvan”la matçlarda ehtiyat oyunçular skamyasında yer almamışdılar.

Kaxaber Tsxadadzenin onların əvəzinə gənclərə şans verməsi özünü doğruldur. “Qırmızı-qaralar”ın oyununda canlanma hiss olunur, qələbələr sıralanır.

Xatırlayırsınızsa, Qırtımov “Sabah”la oyunun sonlarında əvəzetmədən meydana daxil olmadığına görə narazılığını aşkar şəkildə bildirmiş, matç başa çatmamış paltardəyişmə otağına yollanmışdı.

Auaşeriyanın da mövcud duruma etiraz edəcəyini təxmin edirdik. “20 nömrə” Sportinfo.az-a açıqlamasında “11-lik”dən kənarda qalmasını normal qarşıladığını bildirdi:

“Ehtiyatda qalmağımla bağlı suala baş məşqçi daha dəqiq cavab verə bilər. Mən məşqlərdə üzərimə düşəni edirəm, hər zaman hazır olmağa çalışıram.

“11-lik”də yoxam deyə, kimdənsə küsən və ya hirslənən deyiləm ki. Futbol komanda oyunudur.

Mən kənardayamsa, digər yoldaşlarım meydandadır. Futbolçusansa, o demək deyil ki, hər dəfə əsas heyətdə olmalısan.

Ehtiyatda qalan futbolçu meydana daxil olandan sonra xarakter nümayiş etdirməli, özünü baş məşqçiyə göstərməlidir.

Heç kimdən incikliyim yoxdur. Əsas odur “Qəbələ” qalib gəlsin”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"