COP29

“Qorxu ilə yaşayırdıq, böyük işlər görə bilərdik, alınmadı”

23 May 21:00 Qəbələ 439
“Qorxu ilə yaşayırdıq, böyük işlər görə bilərdik, alınmadı”

“İndiki durumda ehtimallarla danışmaq asandır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin fransalı legioneri Bilel Auaşeriya deyib.

“Qəbələ”nin ilk 30 turda bu cür oynamasına, qələbələri sıralamasına kim, yaxud nə mane olurdu” sualına onun cavabı eşidək:

“Bu gün üzərimizdə əvvəlki təzyiq yoxdur, rahatıq. Bəlkə də buna görə istədiyimiz kimi oynayıb nəticə qazanırıq.

O dönəmdə vəziyyət başqa cür idi. Sonuncu olmağın qorxusu ilə yaşayırdıq, psixoloji gərginlikdən çıxa bilmirdik.

Qaçırdığımız qol epizodları da buna görəydi. Bir şeyə əminəm ki, bu komandanın keyfiyyəti var.

Böyük işlər görə bilərdik. Alınmadı”.

30 yaşlı vinger cari mövsümdə “Qəbələ”nin heyətində bütün yarışlarda meydana çıxdığı 41 oyunda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti