COP29

Azərbaycanda 3 komandada oynadı, indi yaxın duran yoxdur

22 May 22:20 Qəbələ 2 037
Azərbaycanda 3 komandada oynadı, indi yaxın duran yoxdur

“Qəbələ”ylə müqaviləmin müddəti başa çatır. Açığı, bu dəqiqə daha çox ailəmin yanında olmağı və dincəlməyi düşünürəm”.

Bölgə təmsilçisinin futbolçusu Ahmed Ayzaya Sportinfo.az-a verdiyi açıqlamada gələcək taleyi ilə bağlı danışıb.

Başa çatmaqda olan mövsümdə zədələrdən əziyyət çəkən və buna görə də “Qəbələ”yə lazımi köməkliyi göstərən bilməyən nigeriyalı forvardın burada qalmayacağı dəqiqdir.

Ahmed Azərbaycan klublarından təklif almadığını bildirməklə yanaşı, xarici klublarla danışıq aparmadığını da qeyd edib:

“Bu günə qədər heç kimlə danışığım olmayıb. Nə Azərbaycandan, nə də kənardan heç bir klubdan təklif almamışam. Mövsüm başa çatsın, nələrin baş verəcəyi məlum olacaq”.

28 yaşlı futbolçu cari mövsümdə bütün yarışlarda meydana çıxdığı 25 oyunda 1 qol və 1 assistlə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 18:10 Çək və bizə göndər!