COP29

İllərdir klub üçün can qoyan prezidenti futboldan küsdürdülər

22 May 16:40 Qəbələ 3 337
İllərdir klub üçün can qoyan prezidenti futboldan küsdürdülər

“Qəbələ”nin prezidenti Fariz Nəcəfov daha oyunlara gəlmir.

Komandanın indiyə qədər keçirdiyi ev və səfər matçlarında VİP lojada görməyə alışdığımız tanınmış funksioner stadionlardan uzaq düşüb.

Bölgə təmsilçisinin qələbələrə sevindiyi son 3 oyunun heç birində Nəcəfov gözə dəyməyib.

Bu da təsadüfi deyil. 20 ilə yaxındır rəhbəri olduğu komandanın Premyer Liqa ilə vidalaşması prezidenti incik salıb. Keçmiş idmançı hazırkı durumla barışa bilmir. Və belə vəziyyətdə tribunada yer almağı qəbul etmir.

Maraq üçün bildirək ki, 32-ci turda əsas rəqibi “Kəpəz”ə məğlub olmaqla elitada qalmaq şansının üstündən xətt çəkən “Qəbələ” o vaxtdan bu yana səfərdə “Səbail”i 3:2, doğma meydanda “Sabah”la “Araz-Naxçıvan”ı eyni hesabla – 2:0 məğlub edib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 18:10 Çək və bizə göndər!