COP29

“Bilmirəm sevinim, yoxsa Premyer Liqanı tərk etdiyimizə görə üzülüm”

21 May 16:40 Qəbələ 2 320
“Bilmirəm sevinim, yoxsa Premyer Liqanı tərk etdiyimizə görə üzülüm”

“Qarışıq hislər keçirirəm.

Bilmirəm qələbə qazandığımıza görə sevinim, yoxsa Premyer Liqanı tərk etdiyimizə görə üzülüm”.

“Qəbələ”nin legioneri Bilel Auaşeriya Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan” üzərindəki qələbəni bu cür şərh edib.

Bölgə təmsilçisinin elitanı tərk etməsi rəsmiləşəndən sonra “qırmızı-qaralar” rəqib tanımır. “Səbail”lə “Sabah”ı məğlub edən qəbələlilər bu dəfə Naxçıvan təmsilçisinə göz açmağa imkan vermədi – 2:0.

Fransalı vinger gördüklərinə və başlarına gələnlərə hələ də inana bilmədiyini deyib:

“Qəbələ”nin nəyə qadir olduğunu görürsünüz. Bu, mövsümün əvvəlindən belədir.

Sadəcə, qol şanslarından yararlana bilmirdik. Bəzi imkanları qaçırdıq, amma yekunda qələbəyə sevindik.

Bu komanda nəinki Premyer Liqada qala, hətta avrokuboklara vəsiqə uğrunda mübarizə apara bilərdi.

İndiki məqamda məni ən çox sevindirən azərbaycanlı gənclərin şans qazanması və özlərini ən yaxşı tərəfdən göstərməsidir. Onların adına çox sevinirəm”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"