COP29

AFFA-nın yeni rəhbərliyindən "Qəbələ" ilə bağlı XOŞ MESAJ

22 May 19:00 Qəbələ 7 873
AFFA-nın yeni rəhbərliyindən "Qəbələ" ilə bağlı XOŞ MESAJ

Bu gün "Qəbələ" ölkədə ən yaxşı infrastruktura sahib klubdur.

Komandanın oyun və məşq meydançalarına olan baxım ən xoş sözlərə layiqdir.

Son illər büdcədə yaranan azalma səbəbindən bölgə klubunun akademyasında axsama olsa belə, yenə ölkənin ən yaxşı akademiyaları sırasındadır.

Emil Səfərov, Şahin Şahniyarov kimi gənclər üçün "Neftçi", "Sabah" kimi klubların sıraya düzülməsi boşuna deyil.

Bu gün belə bir komandanın elitanı tərk etməsi üzücüdür.

Amma dünyanın sonu deyil.

Bu, yeni arzuların, xəyalların başlanğıc nöqtəsi olmalıdır.

Məsələn, bu il Premyer Liqada olmaq kluba nə verdi? Heç nə. 15-ə yaxın əcnəbi gününü keçirdi, milyonlar qarşılığında da bir qəpik fayda verə bilmədilər.

Əvəzində neçə-neçə akademiya uşağı onların yerində olmağın xəyalı ilə yaşadılar.

Yalnız son turlarda bəzilərinə şans da verildi. Onlar da özlərini layiqincə göstərə bildilər.

Şahin Şahniyarov, Eşqin Əhmədov, İbrahim Ramazanov kimi gənclərin oynamalı vaxtıdır.

Ehtiyatda gün keçirən yox.

Birinci Liqa bu gənclərin oynaması üçün əsl fürsətdir. Hazır komanda var, böyük məbləğdə büdcəyə gərək yoxdur.

Asif Məmmədov kimi təcrübəli kapitan da yola davam etməyə hazırdı.

Maksimum 2-3 başqa təcrübəli yerli futbolçu və ya normal legionerlə yaxşı bir kollektiv formalaşdırmaq olar.

Bundan başqa rəhbərliyin arxada qalan müddətdə etdiyi yanlışları (xüsusilə də bu mövsümün əvvəli) çək-çevir etməsi üçün yetəri qədər zamanı olacaq.

AFFA-nın infrastrukturun qorunması üçün yardım edəcəyi də yeni rəhbərliyin mesajları arasındadır.

Alqışalayiq addımdır.

Deməli, bölgə klubu federasiyanın da nəzarətində olacaq.

Bu baxımdan da ciddi narahatlığa əsas yoxdur.

Bircə qalır bədbinlik qiyafəsindən çıxmaq, əl-ələ verib bu vəziyyətdən xilas olmaq.

Böyümək, bərkimək, daha da iddialı "Qəbələ" olmaq üçün.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 18:10 Çək və bizə göndər!